Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur dəhlizi artıq reallığa çevrilir -ÖZƏL

Zəngəzur dəhlizi artıq reallığa çevrilir


Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəli sürülən beynəlxalq təşəbbüslər, keçirilən görüş və müzakirələrdən gəlinən nəticə ondan ibarətdir ki, beynəlxalq birlik daha çox indiki halda nəqliyyat dəhlizlərinin açılması, kommunikasiyaların bərpasının tərəfdarıdır. Bu sırada ilk ağla gələn isə təbii ki, Zəngəzur dəhlizinin açılmasıdır. İndiki durumda belə nəticəyə gəlmək olar ki, Zəngəzur dəhlizinin açılması yaxın perspektivdə mümkün görünür. Çünki bu dəhlizin açılması regionda marağı olan böyük güclərin də istəyidir. Elə politoloq Leyla Əliyeva da belə düşünür.

Newscenter.az-ın xəbərinə görə, Leyla Əliyeva deyib ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Onun sözlərinə görə, Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir:

"Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir".

Politoloq deyib ki, Zəngəzur geosiyasi əhəmiyyətə malik nəqliyyat layihəsi olduğundan beynəlxalq güclər də bu dəhlizin açılmasını istəyirlər.

Anar Əliyev
Xəbəri paylaş