Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Azərbaycanın real müttəfiqidir və bunun dunyada bənzəri yoxdur -ÖZƏL

Türkiyə Azərbaycanın real müttəfiqidir və bunun dunyada bənzəri yoxdur


"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə, ənənəvi olaraq rəsmi dövlət səfəri həyata keçirilir. Bu səfər çərçivəsində seçicilərin əksəriyyətinin səsini qazanaraq yenidən qələbə qazanmış Ərdoğanın qurduğu yeni hökumət nümayəndələrinin böyük qismi səfər çərçivəsində Bakıya təşrif buyurublar. Məqsəd həmçinin yeni hökumətin hökumətlərarası munasibətlərin qurulmasında Azərbaycan hökumət nümayəndələri ilə tanışlıq və sıx qardaşlıq münasibətləri ilə yanaşı, həmçinin qarşıda duran vəzifələrin hər iki ölkə rəsmilərinin birlikdə fəaliyyəti çərçivəsində həlli istiqamətləri müzakirə etməkdir".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bu səfər çərçivəsində bir sıra ciddi regional və beynəlxalq hadisələr istər siyasi, istər iqtisadi baxımdan olsun, hər iki dövlət arasında ələ alındı və müzakirə edildi:

"Biz bilirik ki, qardaş ölkə son bir neçə ayda fəlakətlərdən, zəlzələdən və gərgin siyasi imtahandan keçdi. Dağılmış şəhər və rayonların problemləri və ölkənin maliyyə bazarında və iqtisadi həyatında baş verənlər, gərgin keçən seçkilərdən yenicə çıxmış hökumətin üzərinə böyük məsuliyyətlər qoyur. Bütün bunlara rəğmən hər kəs, o cümlədən Azərbaycan xalqının da yeni qurulmuş hökumətə böyük ümidləri var. Bu gün hər iki dövlət başçısının ələ aldığı məsələlər iki ölkə arasında iqtisadi əlaqələr, hərbi müttəfiqlik və regional mövzular ətrafındadır. Türkiyə Azərbaycanın real müttəfiqidir və bunun dunyada bənzəri yoxdur. Bu müttəfiqlik siyasi iqtisadi mədəni və hərbi sahələri əhatə edir. Şüşa bəyannaməsi Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq əlaqələrimizin daha sıx olduğunu göstərir. Buna misal olaraq bizim hərbi sahədə kadırlarımızın hazırlanması və yeni nəsil hərbi texnikaların mənimsənilməsi istiqamətində əməkdaşlıq əlaqələrimizi göstərmək olar".

Çingiz Şahbazid eyib ki bu günkü səfər həmçinin, iki ölkə arasında iqtisadi ticarət əlaqələri, kənd təsərrüfatı sahəsində, enerji resursları və digər sahələrdə əməkdaşlıq əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyət kəsb edir:

"Konkret olaraq Ərdoğanın qarşıdakı prezidentlik müddəti Türkiyə və Azərbaycan arasında dövrün tələbləri nəzərə alınmaqla, yeni siyasi və iqtisadi münasibətlərin başlanması kimi qəbul edilməlidir. Bu müddətdən daha səmərəli istifadə olunacağı gözlənilir və bu günkü rəsmi görüşlərdə iki ölkənin birlikdə inkişaf etməsi perspektivləri , koordinatları ələ alındı. İnanıram ki, dunyada və regionda Türkiyə və Azərbaycan hər zaman olduğundan daha çox güclü olacaqdır".

Anar Əliyev
Xəbəri paylaş