Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla təzyiq dilində danışanlar böyük səhvə yol verirlər -ÖZƏL

Azərbaycanla təzyiq dilində danışanlar böyük səhvə yol verirlər


Artıq bir müddətdir ki, Azərbaycan tərəfi Laçında Nəzarət Buraxılış Məntəqəsi yaradaraq ərazidə keçidi ən yüksək səviyyədə təmin edib. Xeyli vaxtdır ki, bu istiqamətdə vəziyyət normallaşsa da, lakin hələ də Laçın buraxılış məntəqəsi ətrafında manipulyasiya edən, erməni maraqlarından irəli gələrək Azərbaycandan tələb, təhdid dilində danışmağa çalışan dairələr vardır.

Newscenter.az-ın
xəbərinə görə, məsələ ilə bağlı fikirlərini səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Azərbaycanla təzyiq dilində danışanlar böyük səhvə yol verirlər:

“Bu doğru yol deyil. Hələ bundan sonra heç doğru sayıla bilməz. Çünki, 3-4 terrorçuya görə heç kim nüfuzunu və etibarını təhlükə altına atmamalıdır”.

Ekspert onu da bildirib ki, Laçın yolu məsələsi öz həllini tapıb. Azərbaycan bu problemi həll etməyi bacardı və məsələ bitdi:

“Bu gün dünyanın ən mötəbər təşkilatları və rəhbərləri bunu etiraf edir”.

Anar Əliyev
Xəbəri paylaş