Beynəlxalq səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri başlayıb.
Newscenter.az xəbər verir ki, onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcək.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya və Sent-Lüsiyanadan olan səyahətçilər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatının üzvləridir.
Xatırladaq ki, son 2 il ərzində dünyanın əsas beynəlxalq səyahət şəbəkələrinin komandaları 2021-ci ildə 1, 2022-ci ildə 4 və 2023-cü ildə 2 səfər olmaqla, Qarabağa və Şərqi Zəngəzura 7 dəfə səfər ediblər.
Mehman Mehdiyev