Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Zəngəzur ərazisindən hansı məqsədlər üçün istifadə edir? -ÖZƏL

İran Zəngəzur ərazisindən hansı məqsədlər üçün istifadə edir?


"Zəngəzur dəhlizinin açılmasına əsas maneə olan ölkə kimi İran bu dəhlizi özü üçün təhlükə hesab edir. Məsələ ondadır ki, Zəngəzur ərazisi İran üçün qeyri-qanuni daşımaçılıq üçün əsas ərazidir. İran bu ərazidən qaçaqmalçılıq, narkotrafik, silah alveri üçün istifadə edir".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki. dəhliz olacağı təqdirdə Zəngəzur ərazisi ciddi nəzarət altına alınacaq:

"Qeyd edilən fəaliyyətləri həyata keçirmək mümkün olmayacaq. Əgər qanuni hərəkətlər edilsə idi, İran bundan niyə narazı olmalı idiki? Ərazi Ermənistanın, razılığı verən Ermənistan, bunu tələb edən Azərbaycan. İranın burda nə hüquqi aidiyyatı vardır? İran sadəcə hay-küy etməklə xox gəlmək istəyir".

Azər Qasımov deyib ki, İranın Zəngəzur dəhlizinə mane olmaq üçün heç bir haqqı yoxdur:

"Sadəcə Ermənistan bunu bəhanə edib dəhlizin açılmasını uzadır. İranın hərəkəti Ermənistana sərf edir. Odur ki, məsələ uzanır. Məqamı gələndə İran heç nə edə bilməyəcək. Zəngəzur dəhlizinin açılması mütləqdir. Buna kimsə mane ola bilməz".

Anar Əliyev
Xəbəri paylaş