Ermənistanın son aylar ərzində müxtəlif istiqamətlərdə törətdiyi hərbi-siyasi təxribatlar və sülhün əldə olunmasına qarşı atdığı addımlar, danışıqlar prosesinə maneçilik törətməklə bərabər Azərbaycanı digər alternativ fəaliyyətləri nəzərdən keçirməyə istiqamətləndirir.
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalına hələ də son qoymayan, Qarabağdan silahlı terrorçularını çıxarmayan və əhalimizin suveren ərazilərimizdə yerləşən doğma yurd yuvalarına qayıtmasına mane olan Ermənistan sülhün alternativi olan variantı əldə etməyə maksimum yaxınlaşıb:
"Əgər Ermənistan Azərbaycanın diplomatik səylərinin uğursuzluğa düçar olmasına çalışmaqda davam edərsə, o zaman növbəti təxribatlarının birində İrəvan sarsıdıcı zərbə almağa hər an hazır olmalıdır".
Anar Əliyev