Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsinin müddəalarını həyata keçirməyi davam etdirməkdə qərarlıdır
Sabah, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının 2 ili tamam olur.Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusunun Ermənistan və onun havadrları üzərində əldə etdiyi qələbədən sonra regionda yaranan yeni geosiyasi reallıqların məntiqi nəticəsi kimi çox mühüm bir tarixi sənədddir.Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən iki qardaş dövlət tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Bəyannamə ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi regionda sülhə,əmin-amanlığa yol açır. Şuşa Bəyannaməsi həm də bölgədə inteqrasiya proseslərini stimullaşdırır.
Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildğmü ərəfəsində- iyunun 13-də Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat bəyanatlarında da bu Bəyannaməsininin əhəmiyyəti və perspektivlərinə toxunulub.Azərbaycan prezidenti bildirib ki,Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.Türkiyə Prezidenti öz bəyanatında belə bir mesaj verib ki, Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata keçirməyi davam etdirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik.
Şuşa Bəyannaməsi dünyaya çox açıq bir mesajdir ki, bir millət,iki dövlətdən ibarət çox möhtəşəm bir birlik nümunəsi olan Azərbaycan və Türkiyə həmişə bir yerdədir,bundan sonra da daha yüksək səviyyədə bir yerdə olmağı davam etdirəcək və müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıdır.
Əli Məsimli-Milli Məclisin deputatı