Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyasının gələcək inkişafı ilə bağlı yaxın perspektivdə çox mühüm işlər həyata keçiriləcək. -ÖZƏL

Türk dünyasının gələcək inkişafı ilə bağlı yaxın perspektivdə çox mühüm işlər həyata keçiriləcək.


"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda olarkən iki ölkə arasında mühüm sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə dair öz fikirlərini bildirdi".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən politoloq Vüqar Əhmədov deyib ki, bunların arasında Türk dünyasını və Azərbaycanla Naxçıvan və Türkiyəni quru yolla birləşdirəcək Zəngəzur dəhlizi, orta dəhliz layihəsinin açılmasının zəruriliyini bir daha vurğuladı:

"Enerji sahəsində əməkdaşlıq, bu günədək Türkiyə ilə Azərbaycan arasında həyata keçirilən Bakı-Tiflis Ceyhan layihəsi vasitəsi ilə ötürülən enerji resurslarının önəmi vurğulandı. Eyni zamanda hərbi sənaye sahəsində iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə toxunuldu, təhsil və xalqların inkişafına toxundu".

Politoloqun qənaətincə, bütün bunlar onu göstərir ki, Türk dünyasının gələcək inkişafı ilə bağlı yaxın perspektivdə çox mühüm işlər həyata keçiriləcək.

Anar Əliyev
Xəbəri paylaş