Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

15 iyun – Qurtuluş Günü bu bayramların içərisində mühüm yer tutur

15 iyun – Qurtuluş Günü bu bayramların içərisində mühüm yer tutur


Azərbaycanda təqdirolunacaq bir neçə milli-tarixi bayramlarımız var. 15 iyun – Qurtuluş Günü bu bayramların içərisində mühüm yer tutur. Azərbaycan xalqı 1918-ci ildə müstəqillik əldə etsə də, bu müstəqilliyi qoruyub saxlaya bilmədi.

Lakin 1990-cı ildən sonra yenidən müstəqillik əldə etsək də, bu müstəqilliyi qazanmaq, onu qoruyub saxlamaq asan olmadı. İkinci dəfə qazandığımız müstəqilliyimiz bir neçə dəfə təhlükə altına düşdü. Belə zamanda 1993-cü ilin iyununda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın tələbiylə yenidən hakimiyyətə gəldi və ölkəmizi içərisinə düşdüyü xaosdan və anarxiyadan qurtardı.

Məhz bu ildən sonra Azərbaycanda yeni bir dönəmin başlanğıcı oldu. Ölkədə bütün sahələrdə inkişaf başladı, müstəqilliyimizin əsaslarını təşkil edən siyasi-iqtisadi problemlərimiz həll olundu.Məhz buna görə də 15 iyun xalqımızın tarixində əsl Qurtuluş günü olaraq qeyd olunur.

İlham İsmaylov
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri
Xəbəri paylaş