"Bəzən xalqların yetişdirdiyi sərkərdələr olur ki, onlar həmin xalqların və dövlətlərin taleyində dönüş nöqtəsi yaratmağı bacarırlar. Əlbəttə ki, bu dönüş nöqtəsi doğru ya da yalnış istiqamətdə olur. Azərbaycan xalqı isə belə az sayda olan xalqlardandır ki, ən çətin və tarixi məqamlarda öz sərkərdəsini yetişdirməyi və xilas yolunu tapmağı bacarır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Samir Hümbətov səsləndirib. O bildirib ki, bu mənada Heydər Əliyevin Azərbaycan xalqı üçün xalqın xilaskarı olduğunu xüsusi ilə vurğulamaq olar:
"Bugün müzəffər prezidentimiz İlham Əliyevin Azərbaycanı qələbədən qələbəyə daşıması, zamanında qurulmuş doğru strategiyanın məntiqi nəticəsi olaraq qəbul olunur. Qurtluş günümüz uğurlu olsun!"
Anar Əliyev