Fransa Ermənistanı bizə qarşı silahlandırır. Rusiya ölür, yerinə Fransa dirilir. Rusiya və Fransanın Qarabağ məsələsi ətrafında Ermənistan və Azərbaycan münasibətlərini nəzarətdə saxlamaqla bağlı, Ermənistana dəstək vermək məqsədilə gizli danışıqların baş verməsi ehtimalları bir neçə il əvvəl mətbuatda məlumatlar yayılmışdı.Sonradan Avropa İttifaqı platformasında keçirilən Ermənistan və Azərbaycan arasında sülh danışıqları proseslərində Fransanın,,xidmətləri,, Rusiyanın düşdüyü vəziyyətdən dolayı, Ermənistanın türklərə və Azərbaycana qarşı apardığı mücadiləyə məhz Fransa öz dəstəyini verərək davam etdirə bilər, kimi çoxsaylı fikirlər irəli sürüldü.Deyilən fikirlər artıq bu gün öz əksini göstərir və proseslərə start verilib.
Burada İran amilinin də rolu az deyil. İranın da məhz bizə qarşı Ermənistanı silahlandırma proseslərində xüsusi ,,xidmətləri,, var. İranın Qərb dairələrində ən yaxın dostu Fransadır. Fransanın Türkiyəyə qarşı xüsusi bir düşmənçilik siyasəti aparmaq öhdəliyi mövcuddur və bu düşmənçilik, tarixi köklərə bağlanır, eynilə Rusiya kimi. Əslində Fransanın da tarixində və siyasətində eynilə Rusiyanın tarixi və siyasətinə oxşarlıq halları çoxdur. Bu səbəbdən hər iki ölkənin Türk düşmənçilik fəlsəfələri vəhdət təşkil edir. Bu ölkələr nifrətlərindən dolayı məhz Ermənistan və İran kimi kukla ölkələrin ərazilərindən istifadə etməklə Türkiyəyə qarşı çirkin siyasət həyata keçirmək məqsədləri mövcuddur. Burada Türkiyə və İranın əsla yaxınlıq və dostluq əlaqələrinə imkan verməmək, əsas məqsədlərindən biri olaraq üzərində işlənilib və iki xalqı birləşdirən saysız hesabsız adət və ənənələr, mədəniyyət və inanclar ikinci və üçüncü plana atılaraq, indiki hakimiyyətin məhz bu (görünən və bilinən) kordinatlarda siyasət aparmasının və siyasi məramının fundamental müəllifi kimi üzdə görünməyən Fransa olduğunu xüsusilə qeyd etmək istəyirəm.
Burada əsas amil kimi məzhəb və mənasız tarixi hadisələri göstərmək olar. Bunlar əslində çözülməsi mümkün olmayan məsələlər deyil. Sadəcə olaraq, İran hökuməti Fransanın və Rusiyanın təsiri altında olduğu halda, bölgədə sabitliyin təmin edilməsi və digər amillərin davam etməsinin qarşısını almaq hələki mümkün deyil. Zamana ehtiyac var.44-günlük qələbəmizi qəbul etmək istəməyənlər, buna məcbur qaldılar və qəbul etməmək üçün heç bir səbəb gətirə bilmədilər. Bu siyasətin davamı hər kəsi ədalətli olmağı öyrədəcək.
Çingiz Şahbazi-siyasi ekspert