Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşa şəhərinə səfərə gedib.
Newscenter-az xəbər verir ki, diplomat bu barədə tviterdə paylaşım edib.
O, şəhərdən paylaşdığı fotoları “Qafqazın tacı, mədəniyyət və tarixin qovuşduğu yer, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa” sözləri ilə şərh edib.
Şuşa Bəyannaməsinin imzalanmasının ildönümündə Şuşaya səfər etdiyini bildirən C.Bağçı əlavə edib:
“Münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldıran tarixi Şuşa Bəyannaməsinin ikinci ildönümündə Şuşanın tarixi meydanındayıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!".
Mehman Mehdiyev