"Təbii ki, seçkini uduzduq. Millət İttifaqı olaraq hamımız bunun fərqindəyik. Başda başqanımız və prezidentliyə namizədimiz cənab Kamal Kılıçdaroğlu və ittifaqda olan 6 partiya olmaqla bunu bilirik".
Newscenter.az "Haber Global"-a istinadən xəbər verir ki, bu fikirləri İstanbul Böyükşehir Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu səsləndirib.
İmamoğlu mediaya verdiyi açıqlamada "Hər birimiz papağımızı qarşımıza qoyacağıq, oturacağıq, düşünəcəyik. Birgə ağılla düzgün qərarlar verəcəyik" deyə, sözlərinə davam edib.
"Ən önəmli aktyor və Bu düzgün qərarların verilməsində ən mühüm qurum Cümhuriyyət Xalq Partiyasıdır. Cümhuriyyət Xalq Partiyası ittifaqa rəhbərlik etdiyi üçün bu gün də dəyişikliklərə lider olmalıdır".
Mehman Mehdiyev