Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyəvi imici üçün gərəkli dövlət səfəri

 
Dünyəvi imici üçün gərəkli dövlət səfəri


Türkiyədə növbəti prezident seçkiləri başa çatdı. Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Pespublikasının Prezidenti seçildi. Azərbaycan dövlət olaraq, xalq vətəndaş olaraq bu seçkilərin nəticəsini böyük coşqu ilə qarşıladı. “Bir millət, iki dövlət, bir yumruq” deyimi təkcə kəlam kimi deyil, həm də mahiyyət kimi tarixləşdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk dövlət səfəri Azərbaycana oldu. Bu, ehtiramdır, bu, sevgidir. İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış etdilər. Prezidentlərin bəyanatları dünya ictimaiyyəti üçün olduqca maraqlı oldu.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrinə görə sayın Rəcəb Tayyib Ərdoğanı bir daha təbrik edərək 2021-ci ildə Şuşada bağlanan ikitərəfli Bəyannamənin İkinci Qarabağ müharibəsini tamamladığından, Zəngəzur dəhlizinin açılacağı zərurətindən və onun labüdlüyündən söz açan Prezident ikitərəfli əməkdaşlığın daha da genişlənəcəyini, bu il 16 birgə hərbi təlim keçiriləcəyini, indiki geosiyasi şəraitdə Orta Dəhlizin önəminin daha da artdığını, Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqda olduğunu, artacağını, bu səbəbdən Azərbaycanda nəqliyyat və logistika imkanlarının genişləndiyini, Bakı Dəniz Limanının imkanlarının 25 milyon tona qədər genişlənəcəyini, dəmir yolunun, gəmiqayırma zavodunun və digər nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə gətirməkdə olduğunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti dedi: “... Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur...”.

Azərbaycanda ordu quruculuğunun daha geniş şəbəkədə aparıldığını da xatırladan Azərbaycn Respublikasınnı Prezidenti cənab İlham Əliyev dedi ki, “Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatında da istər Azərbaycan ictimaiyyəti üçün, istərsə də dünya ictimaiyyəti üçün vacib məqamlara toxunuldu.
Bu dövlət səfəri hər iki dövlətin dünyəvi imici üçün də olduqca gərəkli oldu...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

 
Xəbəri paylaş