Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada Türkiyə konsuluğunun açılması dünyaya bir mesaj olacaq

Şuşada Türkiyə konsuluğunun  açılması dünyaya bir mesaj olacaq


Şuşa şəhərimiz Azərbaycanın əsas ayrılmaz hissəsi və ictimai-siyasi həyatında mühüm rol oynayacaq bölgəsidir.Əlbətdə ki, Şuşada qardaş Türkiyə Respublikasının baş konsulluğunun açılması xüsusi əhəmiyyətlidir.
Əslində görünən budur ki,ən ədalətli hakim elə tarix özüdür.Yəni bu gün tarix artıq öz sözünü deyir,öz hökmünü göstərir.Tarixdən bəzi fakt-

ları qeyd etmək istəyirəm, belə ki, qardaş Türkiyənin Çanaqqalasından, paytaxtımız Bakı şəhərinədək “Azərbaycanın kədəri, kədərimiz, sevinci sevincimizdir” deyən Atatürkdən “Bir millət, iki dövlət” deyən Heydər Əliyevə, nəhayət 44 günlük Vətən savaşında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deyən Ərdoğandan,“Türkiyə bizim qardaşımızdır” deyən İlham Əliyevə qədər şanlı və şərəfli bir yol keçmişdir.Bütün hallarda,vəziyyətlərdə daim bir-birinin yanında olan qardaş Türkiyə ilə münasibətlərimiz bu gün artıq ən yüksək səviyyədə inkişaf edir, bütün dünyaya türkün birliyini,eyni zamanda da gücünü aşikar göstərir.

Qeyd etməliyəm ki, Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qoyulan bu qardaşlıq və müttəfiqlik,münasibətləri bu gün daha da inkişaf etməkdədir.Bu birlik isə birmənalı olaraq regionda stabilliyin və təhlükəsizliyin qarantıdır!

Məhz Şuşa Bəyannaməsinin Azərbaycan xalqının Qurtuluş Günü 15 iyun tarixinə və Qars müqaviləsinin 100-cü (bir yüzüncü) ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Belə ki, tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin dəfələrlə canlı şahi olmuşuq.Mən, 2021-ci ilin 15 iyun ayın qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin qısa zamanda Şuşada konsulluq açacağını açıq şəkildə elan etməsini diqqətinizə çatdırmaq istəyirəm: “Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq. Beləliklə, bölgədə fəaliyyətimizin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsini də təmin edəcəyik”.

Ümumiyyətlə Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri təkcə iki qardaş ölkə üçün,bölgə üçün deyil,eyni zamanda, bütünlükdə türk dünyası üçün əhəmiyyətli bir tarixi hadisədir.Fikrimi yekunlaşdıraraq vurğulamaq istəyirəm ki,mədəniyyət inciləri ilə zəngin olan Şuşa şəhərində Qardaş ölkənin konsuluğunun açılması dünyaya növbəti və mənalı mesaj olacaqdır.

Vüqar Məmmədov-YAP Saatlı rayonu 15 saylı ƏPT-nın sədri
Xəbəri paylaş