Rusiyanın Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov iyunun 17-də Azərbaycana səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər.
Newscenter.az-ın xəbərinə görə, sözügedən səfərlə bağlı fikirlərini bildirən siyasi ekspert Əliabbas Məhərrəmli deyib ki, bu səfərin iqtisadi yükü nə qədər vacib və əhəmiyyətlidirsə, siyasi tərəfi də o, qədər vacibdir:
"Ölkə başçısının da görüşdə dediyi kimi “daha vacibi bizim sizinlə ünsiyyətimizdir”. Cünki Tatarıstan və Azərbaycan xalqları həmişə dostluq, mehribanlıq münasibətlərini saxlayırlar. Böyük Turan yolunda Azərbaycan bütün türkdilli xalqlarla yaxınlaşmaq qardaşlaşmaq kimi çətin və şərəfli yolu getməlidir".
Ekspert deyib ki, Rusiyanın regiondakı apardıqı siyasi xətti nəzərə alsaq, Tatarstanın işqaldan azad olmuş ərazisində Araz Vadisi” Sənaye Parkında Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak eləməsi mühüm addımdır.
Anar Əliyev