Uzun illərdir Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarında yer alan Vahid Məhərrəmli sözügedən partiyanı tərk edib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Vahid Məhərrəmli özünün facebook sosial şəbəkə hesabında paylaşıb. Vahid Məhərrəmli eyni zamanda, Milli Şura adlanan qurumdan da istefa verdiyini bildirib.
"Heç şübhəsiz ki, bu gündən sonra da ölkədə baş verən haqsızlığa, ədalətsizliyə qarşı mübarizəmi davam etdirəcəm"-deyə, sabiq AXCP-çi vurğulayıb.
Anar Əliyev