"Ermənistan reallıq hissini itirib. Onlar özləri haqda o qədər yanlış şəkildə yüksək fikirdədirlər ki, məğlubiyyətlərinin günahını belə özlərində görmürlər. Hesab edirlər ki, onları aldadıb məğlub ediblər".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Ermənistanın yeni müharibə hazırlıqlarına başlamasına münasibət bildirərkən səsləndirib. O deyib ki, indi ermənilər bu səhvi öz ağıllarınca düzəltməkdən danışırlar və güc toplayırlar:
"Sanki Azərbaycan dayanıb onları gözləyir ki, gəlib ona çatsınlar. Əslində bunlar xəstə toplumdur. Məhv edildikcə ağıllanmaq əvəzinə xəstəlikləri daha da residivləşir. Azərbaycan bu xəstəliyin türkəçarəsini tapıb. Bu, bir müddət onların olmayan ağıllarını yenidən inkişaf etdirir. Amma qısa bir müddət üçün, çünki bu xəstəlik sağalmazdır".
Anar Əliyev