"Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklərdən sonra bir sıra partiyalar qeydiyyat üçün tələb olunan 5 min nəfər üzv məsləsindən dolayı öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Artıq fəaliyyətini dayandıran partiyaların sayı 20-ni ötüb. Maraqlıdır ki, fəaliyyəti dayandırılmış partiyaların sədrləri bundan sonra nə işlə məşğul olacaqlar?
Fəaliyyətini dayandırmış Yeni Yol Partiyasının keçmiş sədri Ramil Hüseynov Newscenter.az-a deyib ki, daha aktiv formada siyasi fəaliyyətini davam elətdirir:
"Siyasi partiya formal ad olaraq bir elmi termin kimi qaldı, ondan irəli inkşaf eliyə bilmədi. Bunun səbəbləri çox dərin izlərə bağlıdı Bü günkü reallıqları nəzərə alıb biz bu qərarı vermişik. Gələcəkdə siyasi şərait nəyi diqtə edərsə, qərarımızda dəyişiklik ola bilər. Biz bundan sonra da mərkəz olaraq dövlətimizin möhkəmlənməsi, milli maraqların qorunması, xalqımızın rifahının yaxşılaşması istiqamətində öz fəaliyyətimizi davam etdirəcəyik".
XXX
Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Əliyev isə bildirib ki. bundan sonra fəaliyyətini politoloq olaraq davam etdirəcək:
"Siyasi mübarizədə dövlət, ümümumxalq mənafeyini hər şeydən üstün tutan, siyasi mübarizədə hər çür zorakılığı rədd edən bir vətəndaş olaraq, politoloq kimi, bundan sonra da siyasi mübarizəni davam etdirmək əzmindəyəm".
XXX
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da indiyə qədər olduğu kimi, bundan sonra da dövlət və dövlətçilik, milli maraqlar naminə fəaliyyətini davam etdirəcəyini, hər zamankı kimi dövlətin, dövlət başçısının yanında yer alacağını söyləyib.
Anar Əliyev