Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa və İran Ermənistanı yeni müharibəyə təhrik edə bilər -ÖZƏL

Fransa və İran Ermənistanı yeni müharibəyə təhrik edə bilər


“Ermənistanın Azərbaycanla sərhəd boyunca canlı qüvvə və hərbi texnika toplaması, bu ölkənin ciddi şəkildə müharibə hazırlıqlarından xəbər verir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib kmi, müharibədən iki ildən artıq müddət keçməsinə baxmayaraq, sülh müqaviləsi imzalanmayıb və müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınan Ermənistan, pərdəarxası silahlanmaqda davam edir:

“İran, Hindistan, Fransa və s. digər ölkələrdən ağır döyüş silahları alır. Sülh arzulayan ölkə, ordusunu qonşu ölkənin sərhədlərinə yığmamalıdı”.

Millət vəkili hesab edir ki, yeni genişmiqyaslı hərbi qarşıdurma məsələsi isə, daha çox xarici faktorlardan asılıdır:

“Fransa, İran kimi ölkələrin aqressiv təhdidləri olmasa, Ermənistan tək başına Azərbaycanla qarşıdurmaya cürət etməz. Ancaq, öz maraqlarından çıxış edən bu ölkələr, Ermənistanı yeni müharibəyə təhrik edə bilər”.

R.Mehdiyeva
Xəbəri paylaş