Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi ekspertdən müharibə XƏBƏRDARLIĞI: "Müşahidə və kəşfiyyat sistemini gücləndirməliyik"

Hərbi ekspertdən müharibə XƏBƏRDARLIĞI: "Müşahidə və kəşfiyyat sistemini gücləndirməliyik"


Ermənistanın “Arabo” dəstəsinin komandiri Manvel Yeqizaryan deyib ki, çox çətin vəziyyət yaranıb. Hətta mən çıxış yolu görmürəm. İşləri o qədər mürəkkəbləşdiriblər ki, vəziyyəti başa düşməyə belə yaxın deyiləm. Nə etdiklərini, necə çətinləşdirdiklərini bilmirəm. Biz total səfərbərlik elan etməliyik, kilsələr zəng çalmalı, biz ermənilər bir araya gəlib bütün bunlara son qoymalıyıq. Ayıbdır, siyasi sahədə bizə hörmət edilmir, bizi zəif xalq hesab edirlər.

Ermənistan ordusunun bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirildiyini, avropalı müşahidəçilərin bölgədən təcili təxliyə edilməsini, Qarabağdakı seperatçı rejimə yaxın Manvel Yeqizaryanın son bəyanatı, erməni ordusunun yaxın perspektivdə şərti sərhəddə gözlənilən təxribatlarının həm də RSK-nın müxəqqəti nəzarətində olan Qarabağ ərazisinə sıçraya biləcəyini ehtimal etməyə əsas verir.

Odur ki, ayıq sayıq olmalıyıq, müşahidə və kəşfiyyat sistemini gücləndirməliyik, düşmən yerdəyişmələrini xüsusi diqqətlə izləməliyik. Düşmənin ağır və iriçaplı silahlarının 1-ci eşalona və Əsgərimizin həyatına təhlükə yaradacaq məsafəyə qədər yaxınlaşmasına imkan verməli deyilik.

Bütün dualarımz Əsgərimiz üçündür!

Ədalət Verdiyev-hərbi ekspert
Xəbəri paylaş