Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İslam tarixində ilk xəlifə qatili iranlılar, farslar

İslam tarixində ilk xəlifə qatili iranlılar, farslar


İran prezidentinin xanımı türkləri düşmən adlandırıb. Sasani imperiyasının bərpası ideyası artıq təzahür edir. Xanım ərəbləri də düşmən adlandırır. Ancaq öz ərinin və ali dini liderin başındakı qara əmmamə onların seyid olduğu iddiasına görədir və seyidlər də Peyğəmbərin nəslindəndir. Peyğəmbər də ərəbdir. Demək İran prezidentinin xanımı Peyğəmbəri, Əhli Beyti və 12 imamı da düşmən hesab edir.

Ərəbləri ona görə düşmən hesab edirlər ki, 2-ci xəlifə Ömər bin Xəttab indiki İranı - fəth edib əhalini müsəlman etmişdi. O zaman İraq da Sasanilərin tərkibində idi. Fars şüubiyyəsi bir agent yetişdirib xəlifəni bıçaqladaraq terror etdilər. Beləliklə İslam tarixində ilk xəlifə qatili iranlılar, farslar olmuş oldu.

Farslar hər zaman öz ata-baba dinlərinə, atəşpərəstliyə, Sasani ənənələrinə bağlı olublar. Zaman - zaman İran ərazisində müxtəlif müsəlman dövlətləri qurulub, ancaq farslar hər zaman daxildə, batində, ürəklərində İslama nifrət ediblər. Və İslamı, müsəlmanları içindən məhv etməyi məqsəd qoyublar. Beləliklə öncə İslamı təhrif edərək

Peyğəmbərin Əhli Beytini qalxan, sipər edərək onların adına minlərlə hədis, rəvayət uydurublar. Məsələn, İmamların adından uydurulan çoxsaylı hədislərdə zəncilər, kürdlər, ərəblər, türklər təhrir olunur, onların cin nəslindən gəldikləri iddia olunur və. s. Şübhəsiz ki, Əhli Beyt İmamları əsla elə sözlər söyləməyiblər.

Qəznəvilər, Səlcuqlular, Səfəvilər, Əfşarlar, Qacarlar türk əsilli idilər və İrana uzun müddət hakim olublar. İndiki rejim isə bunları düşmən adlandırır. Demək onlar Xosrovun, Yezdəgerdin, İslamdan əvvəlki Sasanilərin həsrətini çəkirlər. Elə isə adlarını niyə İslam qoyublar? Ona görə ki, üzdə müsəlman görünüb müsəlmanların içinə girib daxildən parçalamaq, dağıtmaq istəyirlər. Nəticədə isə Sasani imperiyasının dirçəlməsinə zəmin hazırlamaq. Hətta uydurulan hədislərdə deyilir ki, 12 - ci İmam İstanbulu da fəth edəcək. Roma papası ilə məxfi danışıqların mahiyyəti, Sistani ilə papanın bir neçə il əvvəlki görüşündə əksini tapan məsələlərdən biri də bu idi. İstanbulu və Qüdsü səlibçilərə qaytarmaq və bunun qarşılığında da İraq, Səudiyyə, Yəmən kimi coğrafiyaların da Sasani imperiyasının tərkibi olaraq bərpası...

Misir Fatimilərinin erməni vəziri Bədr əl Camal Qüdü səlibçilərə satmasını təkrar edərək İslam aləminə daxildən xəyanət etmək. İranın Qüds davasının əsl mahiyyəti budur.

Türkləri və ərəbləri Sasanilər özlərinə düşmən hesab edirdi. Bu gün İranın apardığı siyasət həmin imperiyanın ideoloji sərhədlərinin bərpası davasıdır. Yəmən, Suriya, İraqda isə demək olar ki, qismən istəyinə nail olub...

Belə bir sözün məhz qadın cinsinin dilindən deyilməsi də təsadüf deyil.

Tural İrfan-ilahiyyatçı
Xəbəri paylaş