Ay ərzində Azərbaycanın paytaxtı diplomatik hərəkətlilik yaşadı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət səfərinin ardınca daha bir dost-qardaş ölkənin, Pakistanın Baş nazirinin Azərbaycana rəsmi səfəri baş tutdu. Hər iki səfər həm qarşılıqlı faydalı, həm də regional əməkdaşlıq baxınından mühüm əhəmiyyət kəsb edir. Elə tarixçi Sona Əliyeva da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Sona Əliyeva deyib ki, Pakistan həmişə Azərbaycana səmimi qardaşlıq, dostluq münasibətləri göstərib:
"Eyni münasibəti Azərbaycan da Pakistana qarşı nümayiş edib. Prezidentimizin Pakistanın Kəşmir məsələsində mövqeyini müdafiə etməsi barədəsindəki bəyanatı həm Pakistanda, həm də İslam dünyasında çox böyük razılıqla qarşılandı".
Sona Əliyeva qeyd edib ki, bu səfər iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə, yeni sahələrdə əməkdaşlığın güclənməsinə və ikitərəfli münasibətlərin yeni istiqamətinin tapılmasına xidmət etdi:
"Bu səfər bir daha göstərdi ki, Azərbaycan dost-qardaş ölkələrlə olan münasibətlərinə həmişə xüsusi əhəmiyyət verir və bundan sonra da bu, belə olacaqdır. Pakistan Azərbaycanın dostu, qardaşı, ən yaxın müttəfiqidir".
Anar Əliyev