Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalq diplomatiyası nəticə verəcəkmi?

Xalq diplomatiyası nəticə verəcəkmi?


ABŞ dövlət katibi Entoni Blinkenin Pekinə iki günlük səfəri və müzakirələri münasibətlərdəki gərginliyi zəiflətmək məqsədi daşıyır. Vaşinqton Pekinin Moskva ilə yaxınlığını və Tayvana nəzarət etmək istəyinə tənqidi yanaşır. Ağ Ev administrasiyası Pekinlə fərqli formatlarda dialoq qurmağa çalışır. Entoni Blinkendən əvvəl Çinə Amerikanı təmsil edən digər nümayəndələr səfər ediblər. Vaşinqton Çinlə münasibətlərdə xalq diplomatiyasının imkanlarından istifadə etməyə qərar verib.

Amerikalı məşhur iş adamı, İlon Mask bir müddət əvvəl şəxsi təyyarəsi ilə Çinə səfər edib. Maskın “Tesla” zavodunun Çinin Şanxay şəhərində bölməsi var. İlon Mask Şanxaydakı zavoduna baş çəkdikdən sonra Pekində Çinin xarici işlər naziri Çin Qanla görüşüb. Çinin xarici işlər naziri amerikalı iş adamına bildirib ki, ölkəsinin “Tesla” da daxil olmaqla bütün dünya şirkətləri üçün bazaryönümlü beynəlxalq biznes mühiti yaratmaq, yüksək səviyyəli sərbəstliyi davamlı şəkildə təşviq etmək istəyi var.

İlon Maskdan sonra ABŞ-ın digər məşhur iş adamı Bill Qeyts Çinə səfər edib. ABŞ-ın “Microsoft” şirkətinin sahibi və dünyanın ən zəngin iş adamlarından biri olan Bill Qeyts Pekində Çin lideri Tsi Cinpinlə görüşüb. Çin lideri Bill Qeytsin həmsədri olduğu Bill və Melinda Qeyts Fondu ilə əməkdaşlığı gücləndirmək istədiyini və bu yolda inkişaf etməkdə olan ölkələrə dəstək verməyə hazır olduğunu bildirib. Tsi Cinpin Bill Gates-ə bu il Pekində görüşdüyü ilk amerikalı olduğunu bildirib. Çinin Amerika xalqı ilə dostluq etmək istədiyini bildirən Tis Cinpin sadə insanlar arasında ünsiyyətin vacibliyinə diqqəti çəkib.

Görünür, Tsi Cinpin bu açıqlamalarıyla demək istəyib ki, əgər liderlər səviyyəsində ABŞ-la Çin arasında dialoq zəifdirsə və gərginlik davam edirsə, iki ölkənin sadə vətəndaşları dialoq vasitəsilə gərginliyi azalda bilərlər. Ancaq İlon Mask və Bill Qeyst sadə amerikalı deyillər, milyardlarla qazancı olan şirkətlərə rəhbərlik edir və dünyada texnologiyaların inkişafında böyük rolları olan şəxslərdir.

İlon Maskın və Bill Qeytsin Çinə səfərləri ABŞ-ın mühafizəkar dairələrində tənqid olunsa da, Vaşinqtondakı beyin mərkəzləri bu tipl təmasların vacib olduğuna diqqəti çəkiblər. 1970-ci illərdə ABŞ-la Çin arasında isti münasibətlər məhz idman yarışları vasitəsilə qurulmuşdu. Bundan sonra iki ölkənin liderlərinin qarşılıqlı səfərləri oldu və iki ölkə arasında əməkdaşlıq genişləndi. O illərdə Pekinlə sıx dialoq Vaşinqtona ona görə lazım idi ki, kommunsit Çinlə kommunist SSRİ ABŞ-a qarşı ittifaq qurmasınlar. Ağ Ev o zaman buna nail oldu. Ancaq hazırda beynəlxalq aləmdə durum fərqlidir. Vaşinqton hazırki siyasəti ilə yenidən Pekini Moskva ilə əməkdaşlıqdan çəkindirmək istəyir, ancaq hələ ki, bu alınmır. İlon Maskın və Bill Qeytsin, o cümlədən Entoni Blinkenin Çindəki görüşlərindən nəticə əldə edəcəyi problematikdir. Çünki Çin ABŞ-la rəqabətdə gücünü artırmağa çalışır.

Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş