Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan sərhəd boyunca hərbu gücünü artırmalıdır -ÖZƏL

Azərbaycan sərhəd boyunca hərbu gücünü artırmalıdır


"Ermənistanın son günlərdə Azərbaycanla sərhəd boyunca hərbi sulah-surat yığması müşahidə olunur. Sözsüz ki, burada Rusiyanın təlimatları öz əksini tapıb. Çünki Ermənistanda Rusiyanın icazəsi olmadan hərbi sahədə hərəkətlilik mümkün deyil".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, həmçinin, Fransanın burada atdığı addımlar var və Ermənistanla yenidən hərbi sənaye üzrə əlaqələrin inkişaf etdirilməsi istiqamətində işlər aparılır:

"Hesab edirəm ki, bu səpkidə davranışları düşmən tətəfi davam etdirəcək və Azərbaycan sərhəd boyunca hərbu gücünü artırmalıdır və düşməni daima nəzarət altında saxlamalıdır. Çünki biz ən böyük uğurlarımıza məhz döyüş meydanında nail olmuşiq. Masada ala bilmədiyimiz haqqımızı meydanda almağa müyəssər olmamız lazımdır".

Anar Əliyev
Xəbəri paylaş