"Ermənistanla Azərbaycan arasında son vaxtlar aparılan danışıqlar prosesində bir durğunluq yaranıb və Ermənistan tərəfinin şərti sərhəd boyunca müntəzəm olaraq pozuculuq əməlləri həyata keçirməsi halları, demək olar ki, məhz bu durğunluqdan faydalanmaq istəyən qüvvələrin təlimatları əsasında baş verir".
Bu fikirləri Newscenter.az-a səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, rəsmi Bakının Ermənistana ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması təklifinə rəsmi İrəvanın cavabı da pozuculuq mahiyyəti daşıyır:
"İrəvan Bakı və Qarabağ ermənilərinin beynəlxalq hüquq normaları çərçivəsində dialoq aparmalarını təklif etməklə yenidən Azərbaycanın daxili işlərinı müdaxilə etməklə prosesləri başqa istiqamətə tərəf yönləndirməyə cəhdlər edir. Məhz bu səbəbdən Ermənistanın və Qarabağda separatçı rejimin davranışları, bu davranışlarda olan elementlər bizə onu deməyə əsas verir ki, bunlar eyni mərkəzdən təlimat alaraq sülh danışıqları proseslərinə mane olurlar və baş vermiş hərbi insdentlər də deməyə əsas verir ki, beynəlxalq platformalarda keçirilən görüşlərə və əldə olunan nəticələrə kölgə salmaq istəyən güclər öz təsirini Ermənistanın siyasi hakimiyyəti üzərində saxlamaqda davam edirlər".
Anar Əliyev