Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu milli və dövlət maraqlarına təhdiddir -ÖZƏL

Bu milli və dövlət maraqlarına təhdiddir


Ötən gün Gədəbəy rayonunda baş verənlər, polis əməkdaşının yaşlı qadına qarşı zorakılıq işlətməsi cəmiyyətdə birmənalı olaraq ciddi etiraza səbəb olub. Mütləq əksəriyyət yaşlı qadına qarşı zorakılıq edən, fiziki güc göstərən polisin cəzalandırılmasını tələb edir.

Elə Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli də bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, Zəlimxan Məmmədli bildirib ki, Gədəbəydə, dağın başında, yaylaqda sadə insanlarla (etirazçılarla) daxili qoşunların üz-üzə qoyulması, polisin yaşlı Azərbaycan qadınının üzünə gözyaşardıcı qaz püskürtməsi milli və dövlət maraqlarımıza təhdiddir, nüfuzumuza zərbədir. Partiya rəsmisinin sözlərinə görə, baş verən olay ciddiliyi ilə araşdırılmalı, bütün günah sahibləri layiqli cəzalarını almalıdır:

"Ora bir ağillı ağsaqqal dəvət olunsaydı bu insidentin qarşısını almaq olardı. Niyə bütün sivil yollardan istifadə olunmayıb? Bu və ya digər məntiqli suallara aydınlıq gətirilməlidir".

Anar Əliyev
Xəbəri paylaş