Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan və havadarlarının Azərbaycanı təxribata çəkmək cəhdi -ÖZƏL

Ermənistan və havadarlarının Azərbaycanı təxribata çəkmək cəhdi


Erməni təxribatı bütün şərti sərhəd boyunca davam edir. Həm də bu təxribatlar ona yönəlib ki, Azərbaycan tərəfi ciddi şəkildə baş verənlərə reaksiya versin, Ermənistan tərəfini cəzalandırmaq variantını bir daha nəzərdən keçirsin. Nəticə etibarilə, İrəvan Azərbaycan sərhəddə Avropanın, əsas etibarilə də Fransanın silahlı birləşmələrini yerləşdirsin.

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi də bu qənaətdədir. O bildirib ki, Laçın sərhəd nəzarət buraxılış məntəqəsində baş verən insdent və Naxçıvanla sərhəddə inşa edilən metalllurgiya zavodunun guya Azərbaycan tərəfindən atəşə tutulması nəticəsində iki hindistanlı işçinin yaralanması və digər hallar hamısı birlikdə Azərbaycanı təxribatlara sövq etmək üçün hesablanmış çirkin addımlardır:

“Azərbaycan ordusu və hökuməti peşəkarcasına bütün bu təxribatlara cavab verir və düşmənin, onun arxasında duranların arzuları ürəyində qalır”.

Anar Əliyev
Xəbəri paylaş