“Gədəbəy hadisələri fonunda indi də diqqətin Azərbaycanın ekofəallarının Şuşa-Xankəndi yolunda istədiyimiz nəticəni əldə etməyimizlə sonuclanan aksiyaya yönəldilməsi onu deməyə əsas verir ki, sözügedən rayonda baş verən xoşagəlməz olayların arxasında xarici faktorlar dayanır. Məqsəd Azərbaycanın Şuşa-Xankəndi yolunda keçirdiyi ekoloji aksiyanı qaralamaq, dövlətimizin heç də ekologiyanın qorunmasında maraqlı olmadığı görüntüsü yaratmaqdır”.
Bu fikirlər Newscenter.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyindən daxil olub. İctimai Birlikdən qeyd edilib ki, paytaxtda ictimai-siyasi sabitliyi pozmağa yönəlik cəhdlərin baş tutmamasından dolayı, indi də antiAzərbaycan dairələr əsas diqqəti regionlara yönəldib:
“Əsas məqsədləri ölkədə mövcud olan birlik və həmrəyliyi pozmaq, daxili gərginlik yaratmaqdır. Ona görə də hüquq-mühafizə orqanları belə hallara qarşı zamanında lazımı tədbirlər görməlidir”.
İctimai Birlik hesab edir ki, bu kimi hadisələr ermənilərin də əlinə Azərbaycan əleyhinə beynəlxalq miqyasda fəaliyyət göstərmək, bizi ləkələmək üçün fürsət vermiş olur.
Sona