Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polisin sakinlərə qarşı qəddar davranışı bağışlanmazdır -ÖZƏL

Polisin sakinlərə qarşı qəddar davranışı bağışlanmazdır


Ötən gün Gədəbəydə yaşananlar Azərbaycan cəmiyyətində şok effekt yaradıb. Siyasi mənsubiyyəti, tutduğu postdan asılı olmayaraq hər kəs birmənalı olaraq polis əməkdaşının sözügedən rayonda yaşlı insanlara qarşı kobud davranışını kəskin tənqid edir, Daxili İşlər Nazirliyinin baş vermiş hadisə barədə ciddi ölçü götürməsini tələb edir. Elə Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli də bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, Mütəllim Rəhimli bildirib ki, Gədəbəydə polisin sakinlərə qarşı qəddar davranışı bağışlanmazdır. Onun sözlərinə görə, bu hərəkətlər Polis haqqında qanuna zidd olmaqla əmri verənlərin və onu icra edənlərin cəzalandırılmasını zərurətə çevrir:

"İnsanları öz yurdlarından zorla sıxışdırıb çıxarmaq və oranı ələ keçirmək orta əsrlərin barbar idarəçilik forması idi".

Anar Əliyev
Xəbəri paylaş