Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın ərazi itkiləri Kremlin əməliyyatlar zonasında nüvə silahından istifadə etmək risqlərini artırır -ÖZƏL

Rusiyanın ərazi itkiləri Kremlin əməliyyatlar zonasında nüvə silahından istifadə etmək risqlərini artırır


"Ukrayna silahlı qüvvələri Rusiya işğalını sonlandırmaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə əks- hücum əməliyyatları icra edir. Rusiya isə eşelonlsşdırılmış müdafiə xətləri ilə işğal etdiyi əraziləri əlində saxlamaq və cəbhə xəttində sabitliyi saxlamaq üçün müdaifə döyüşləri həyata keçirir. Lakin işğalçı qoşunlar müdaifə döyüşləri etsələr belə ciddi itgilər verir. Ukrayna ordusu isə düşmənin müdaifə xətlərini yarmaq cəhdlərini davam etdirir".

Bu fikirlər Newscenter.az-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, hərbi əməliyyatların seyri cuzi olsa Ukraynanın lehinə cərayan etsə də bu hələlik tam olaraq həlledici üstünlük deyil:

"İndiki məqamda Qərbin Ukraynaya siyasi və hərbi dəstəyi daha çox gərəklidir. Çünki əks-hücum əməliyyatları getdiyi dönəmdə Ukrayna ilk öncə hava üstünlüyünü ələ almalı, Rusiyanın Qara Dəniz donanmasının təsirini minumuma endirməli və arxa cəbhədə Rusiyanın logistik və komanda idarəetmə mərkəzlərini məhf etməlidir. Təbii ki bu proseslər Qərbin, onun hərbi təmsilçisi NATO-nun dəstəyi olmadan mümkün deyil. Rusiyanın Ukraynanı işğal cəhdi Qərbi Ukrayna safında ona qarşı vahid bir cəbhədə birləşdirsə də müharibənin uzanması bu birlikdə də çatların yaranmasına səbəb olur".

AVP rəsmisi qeyd edib ki, Rusiyaya qarşı mübarizənin iki əsas fiqurundan biri olan ABŞ-da respublikaçılar tərəfindən Kiyevə verilən hərbi dəstəyə məhdudiyyətlər qoyulması istiqamətində çağırışlar edilir:

"Vaşinqtondan fərqli olaraq digər güc London öz dəstəyində sabitlik nümayiş etdirir. Bunun da əsas səbəbi Britaniyanın Şərqi Avropa ölkələrini Moskva qarşısında bufer zona kimi görməsi və Rusiyadan gələcək hərbi təhdidləri bu regionda qarşılamaq istəyidir. Digər vacib məqam isə Ukraynanın Rusiya ərazisində diversiya fəaliyyətini genişlətməsidir ki, bu da ruslar üçün arzulanan hal deyil. Rusiyanın ərazi itkiləri Kremlin əməliyyatlar zonasında nüvə silahından istifadə etmək risqlərini artırır. Lakin nüvə silahının tətbiq olunması Rusiyanın tamamilə beynəlxaq ailəmdən təcrid olunmasına gətirib çıxara bilər. Hesab edirəm ki, rəsmi Moskva hələlik bu risqi gözə almaz. Lakin müharibənin gedişatı nüvə tətbiqini daim aktual olaraq saxlayır, yəni istisna deyil".

Anar Əliyev
Xəbəri paylaş