Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dövlət orqanlarının rəsmiləri Brüsseldə NATO-nun dezinformasiyaya qarşı təcrübəsini öyrənirlər

Azərbaycan dövlət orqanlarının rəsmiləri Brüsseldə NATO-nun dezinformasiyaya qarşı təcrübəsini öyrənirlər


Azərbaycanın dövlət orqanlarının rəsmiləri NATO-nun mənzil qərargahına gediblər.

Newscenter.az xəbər verir ki, bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə bildirib.

O qeyd edib ki, Azərbaycan və NATO arasında ictimai diplomatiya və strateji kommunikasiyalar sahəsində tərəfdaşlıq çərçivəsində dezinformasiyaya qarşı mübarizədə NATO-nun yanaşması və qabaqcıl təcrübələri öyrəniləcək. Həmçinin nümayəndə heyəti strateji kommunikasiyalar, sosial şəbəkələrdən istifadə ilə bağlı brifinqlər və dəyirmi masa müzakirələrində iştirak edəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş