“Uzun illərdir ki, Azərbaycanda gərginlik yaratmaq, respublikamızda hökm sürən ictimai-siyasi sabitliyi pozmaq, nəticə etibarilə ölkəmizi də Suriya, İraq, Yəmən, Sudan və s. kimi xaos-anarxiyanın hökm sürdüyü dövlətlərin vəziyyətinə gətirib çıxarmaq istiqamətində cəhdlər edilir, addımlar atılır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanı xaos-anarxiyaya çevirmək istəyən xaricdəki antiAzərbaycan qüvvələrin oyunlarına daxildəki bəzi neqativ ünsürlər, öz şəxsi maraqları naminə dövlətə və dövlətçiliyə zərbə vurmağa çalışan bir qrup da dəstək verir, onların maşası rolunda çıxış edirlər. Son günlərə müşahidə etdiyimiz mənfi tendensiyalar da məhz həmin ssenarinin tərkib hissəsidir”.
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, bu gün kənardan ölkəmizə qarşı yönəlmiş təhdidlər, məkirli planları zərərsizləşdirmək, dövlətimizi, dövlətçiliyimizi qorumaq üçün daha sıx birləşməyimizə, həmrəy olmağımıza ehtiyac var:
“İmkan verməməliyik ki, antiAzərbaycan qüvvələrin ölkəmizi xaos, anarxiyaya sürükləmək cəhdləri reallaşsın”.
Arzuman Muradlı əmin olduğunu bildirib ki. Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan qüvvələrin çirkin əməllərinin qarşısı hər zaman olduğu kimi bu dəfə də hüquq-mühafizə orqanları tərəfindən alınacaq.
Anar Əliyev