Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərin 30 illik imitasiya xarakterli eyforiya hissələrini özlərinə yaşatmalıyıq -ÖZƏL

Ermənilərin 30 illik imitasiya xarakterli eyforiya hissələrini özlərinə yaşatmalıyıq


Ermənistanın şərti sərhəd boyunca təxribatlara əl atması, gündəlik mövqelərimizi atəşə tutması fonunda iki ölkənin xarici işlər nazirlərinin yenidən bir araya gələcəyi barədə xəbərlər yayılıb. Məlumata görə, Azərbaycan və Ermənistanın xarici siyasət rəhbərləri gələn həftə Vaşinqtonda yenidən bir araya gələcəklər. Bəs, erməni təxribatları davam etdiyi, Azərbaycan əraziləri atəşə məruz qaldığı bir vaxtda hansısa görüşün keçirilməsinin nə effekti ola bilər?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev Newscenter.az-a bildirib ki, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları, nəqliyyatçıların dili ilə desək turbulent xarakter daşıyır. Yəni mürəkkəb trayektoriya üzrə inkişaf edir.

Nəsib Məhəməliyev deyib ki, dövlət başçılarının, xarici işlər nazirlərinin görüşlərindən dərhal sonra hansısa təxribatlar törədilir:

"Vaşinqton və yaxud Brüssel görüşlərindən sonra, məlum olur ki, növbəti görüş Moskvada baş tutacaq. Belə ardıcıllığın əsas səbəbi, kollektiv Qərblə Rusiya arasında gedən geosiyasi rəqabətdir. Hər iki güc mərkəzinin Cənubi Qafqazda gedən proseslərə, Ermənistanla sülh müqaviləsinin imzalanmasına fərqli yanaşması mövcuddur".

Deputat onu qeyd edib ki, təxribatlar hər zaman olub və gələcəkdə də istisna deyil:

"Hesab edirəm ki, İstənilən şəraitdə danışıqlar davam etdirilməli, görüşlər keçirilməlidir. Bizim mövqeyimiz qətidir, birmənalıdır və beynəlxalq hüquqa əsaslanır. Hətta sülh müqaviləsi imzalanmasa belə, danışıqlardan yayınmamalı, ermənilərin 30 illik imitasiya xarakterli eyforiya hissələrini özlərinə yaşatmalıyıq".

Anar Əliyev
Xəbəri paylaş