Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əsas addım Qarabağ ermənilərini silahsızlaşdırmaq olmalıdır -ÖZƏL

Əsas addım Qarabağ ermənilərini silahsızlaşdırmaq olmalıdır


Vaşinqtonda baş tutacaq növbəti görüşünün tərəflərin mövqelərindəki ayrılıqların uzlaşdırmaq baxımdan hansısa irəliləyiş əldə ediləcəyinə ümid etmək olar. Belə görüşlər ən azı dialoqun qurulması, diskussiya baxımından lazımlıdır.

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, təxribatların olması keçirilən görüşlərin nəticələrinin olmasına ümidləri azaldır:

"Görüşün ABŞ-da keçirilməsi geosiyasi fon yaradır. Dünya gücünün regional problemin həllində iştirakı və maraqlı olması ABŞ üçün imic məsələsi hesab olunur. ABŞ-ın bu görüşlər seriyasından nəticə almaq ehtimalı, onun imicinə olan hörmətin göstəricisi ola bilər. Məsələ ondadır ki, tərəflər bu məsələ ilə əlaqəli bir sıra platformalarda iştirak edirlər, amma ABŞ-ın Vaşinqton platforması bunların ən ciddi və hörmətlisidir. Bu baxımdan, ABŞ-ın tərəflərə verə biləcəyi töhvə baxımından görüşün nəticəsi müsbət ola bilər və sonrakı mərhələdə sülh danışıqları müsbət nəticələrə bilər. Amma, hesab edirəm ki, bunun üçün hələlik atılacaq bir sıra addımlar mütləq olacaq. Əsas addım Qarabağ ermənilərini silahsızlaşdırmaq olmalıdır".

Anar Əliyev
Xəbəri paylaş