Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lavrovun açıqlamasında diqqət çəkən məqam -ÖZƏL

Lavrovun açıqlamasında diqqət çəkən məqam


Cənubi Qafqazda açıq-aşkar mövqe savaşı gedir. Savaşın bir tərəfində Rusiya, digər tərəfində isə Qərb, Birləşmiş Ştatlar və Avropadır. Super güclərin bu mövqe savaşı Ermənistan-Azərbaycan danışıqları, iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində gedən müzakirələrdə də özünü açıq şəkildə göstərir. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu faktı dolayı yolla etiraf edib. Lavrov bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesinə Avropa İttifaqı ölkələri və ABŞ-ın müdaxilə var.

Newscenter.az-ın xəbərinə görə, cərəyan edən proseslər, eləcə də Rusiya XİN rəhbərinin açıqlamasına diqqət çəkən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Lavrovun məlum açıqlaması, heç də Rusiyanın iki ölkə arasında münasibətlərin normallaşması üçün canfəşanlıq göstərməsi kimi qəbul edilə bilməz. Çingiz Şahbazi hesab edir ki, Rusiya XİN rəhbərinin açıqlaması həm də Qarabağ bölgəsində baş verən hərbi insidentlərin məhz hardan və nədən qaynaqlandığını açıqca ortaya qoyur:

"Lavrov "təəssüf ki, ABŞ-ın və Avropa İttifaqının gördüyü işlərdə biz artıq danışıqlara kömək etmək arzusunu yox, regiona nüfuz etmək və Rusiyanın qanuni maraqlarına təzyiq göstərmək, həlledici rol oynayacaq qüvvə kimi özünü göstərmək istəyini görürük" deyib ki, bu da regionda mövqe savaşının getdiyinin aydın təzahürüdür".

Anar Əliyev
Xəbəri paylaş