Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq müstəvidə daha fəal olmalıyıq -ÖZƏL

Beynəlxalq müstəvidə daha fəal olmalıyıq


"Çalışmalıyıq ki, Qərbi azərbaycanlıların qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplum olmasının, onların hüquqlarının bərpa olunmasının və öz dogma torpaqlarına qayıtmasının vacibliyini bütün dünyaya çatdıra bilək".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, beynəlxalq konvensiyalar bizə bu hüququ tanıyır:

"Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Onu da qeyd edim ki, icma artıq bu istiqamətdə konkret addımlar da atır və bu olduqca təqdirəlayiqdir".

Yusif Bağırzadə onu da deyib ki, təkcə icma deyil, digər qurumlarımız da bu istiqamətdə fəal işlər görürlər:

"Məsələn, bu günlərdə 10 dövlətdən (Almaniya, Avstriya, Azərbaycan, İtaliya, Latviya, Niderland, Polşa, Rumıniya, Türkiyə Ukrayna) olan, AŞPA-nın 3 siyasi qrupunu təmsil edən 31 üzvünün imzaladığı və Avropa Şurası və beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə və AŞPA məruzəçilərini bu məsələni öz gündəliyinə daxil etməyə çağıran yazılı bəyannamə AŞPA-nın rəsmi sənədi kimi dərc olunub".

Anar Əliyev
Xəbəri paylaş