“Gədəbəyin Söyüdlü kəndində baş verənlər bir daha sübut etdi ki, yerlərdə təyin olunan məmurların heç də əksəriyyəti xalqın problemləri ilə maraqlanmır, həmin problemlərin həlli istiqamətində lazımı addımlar atmırlar. Nəticədə illərlə yığılıb qalan problemlər dövlət üçün yükə çevrilir, dövlətçilik üçün mənfi tendensiyalara səbəb olur”.
Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. Mərkəzdən Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, dövlət başçısının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yeni təyin etdiyi şəxslərə verdiyi tapşırıq və tövsiyələrə baxmayaraq yerlərdə vətəndaşlarla heç bir iş görülmür:
“Görünən odur ki, bəzi məmurlar dövlət başçısının tapşırıq və tövsiyələrindən nəticə çıxarmırlar”.
Mərkəz ümid edir ki, Söyüdlüdə baş verən hadisələrlə bağlı yaradılmış komissiya hərtərəfli qaydada araşdırma aparacaq və kimliyindən asılı olmayaraq proseslərin mənfi məcrada inkişaf etməsində maraqlı olan, ona şərait yaradan hər kəs öz layiqli cəzasını alacaq.
Anar Əliyev