MDB Parlamentlararası Assambleyası Surasının baş katibinin müavini, Azərbaycan Milli Məclisinin MDB PA -da salahiyyatli nümayandasi Aydın Cəfərov və Milli Məclisin deputatı İqbal Məmmədov Qırğız Respublikasının Çolpon-Ata şəhərində səfədədir.
Newscenter.az-ın xəbərinə görə, bu barədə millət vəkili İqbal Məmmədov özü məlumat verərək bildirib ki, iyunun 22-25-i tarixlərində baş tutan səfərin məqsədi MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında iştirak etməkdir.
İqbal Məmmədov bildirib ki, iclasda MDB PA-nın büdcəsinə üzvlük haqlarının köçürülməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə baxılır:
“Assambleyanın gəlir və xərclər smetasında, habelə qurumun fəaliyyətinin bir sıra istiqamətlərinin maliyyə təminatlarında dəqiqləşdirmələrin aparılması müzakirə edilərək digər məsələlər nəzərdən keçirilir”.
Anar Əliyev