"Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisində süni gölün tikintisi ilə əlaqədar olaraq iyunun 20-də keçirilən aksiyanın qarşısı alınan zaman polislə yerli sakinlər arasında baş verən məlum insident təbii ki, arzuolunmaz haldır. Polis əməkdaşının qadınlardan birinə qarşı gözyaşardıcı qazdan istifadə etməsini hər kəs qınayır. Təbii ki, bu cür rəftar olmamalıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır və onun əməlinə hüquqi qiymət veriləcəkdir:
"Azərbaycan hüquq dövlətidir və vətəndaşların hüquqları qorunur. Ona görə də biz hansısa qüvvələrin bu cür insidentləri qəsdən vətəndaş-polis qarşıdurması müstəvisinə çəkməsinə və ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa yönəlik cəhdlər göstərməsinə əsla yol verməməliyik. Milli birlik və həmrəyliyi qorumaq hamımızın ümumi vəzifəmizdir".
Anar Əliyev