Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan devriləcək? -ÖZƏL

Paşinyan devriləcək?


Ermənistanda hakimiyyət əleyhinə çıxışlar yenidən geniş vüsət alıb. Ölkənin siyasi elitasının bir neçə partiya və fraksiyası baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün birgə fəaliyyətə keçmək, kütləvi aksiyalar təşkil etmək barədə razılığa gəlib. Bəs, görəsən müxalifət Paşinyanı devirməyə müvəffəq ola biləcəkmi?

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Kənan Novruzov deyib ki, Paşinyanın hakimiyyətdən getməsi hazırda nə Azərbaycana, nə də regiondakı digər "oyunçulara" sərf edir. Çünki bütün tərəflər prosesin bu və ya digər istiqamət üzrə davam etməsində maraqlıdır:

"Ehtimal edilən hakimiyyət dəyişikliyi isə indiyə qədər qət edilmiş məsafənin sıfırlanması deməkdir. Sülh müqaviləsi imzalanandan sonra isə Paşinyan kimsəyə lazım olmayacaq. Hökumət başçısı məhz buna arxayın olaraq prosesi uzatmağa çalışır".

Anar Əliyev
Xəbəri paylaş