"Ermənistan siyasi arenası ölü fiqurlardan ibarətdir. Bu fiqurların yenidən hakimiyyətə gəlməsi ehtimalı erməni cəmiyyəti üçün fəlakət deməkdir. Ermənilər bunu yaxşı bilir. Ona görə də Paşinyan rahat hərəkət edir".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Ermənistanda hakimiyyət əleyhinə yeni aksiyaların keçirilməsi və Paşinyanın devrilmə ehtimalı barədə danışarkən səsləndirib. O bildirib ki, Paşinyanın opponentləri onunla ancaq hədə dilində danışa bilərlər:
"Demokratik yolla heç nə edə bilməzlər. Odur ki, heç olmasa Paşinyanı qorxudaraq həlledici qərar verməkdən çəkindirmək istəyirlər. Buna baxmayaraq, Paşinyan elə də zəif fiqur deyil".
Politoloq onu da qeyd edib ki, Paşinyanında digər erməni siyasətçilərdən fərqi yoxdur:
"O da, necə deyərlər, gülməli çıxsa da, ermənipərəstdir. Onun Azərbaycanın maraqlarına uyğun rahatlıqla qərar verəcəyinə inanmaq sadəlövhlükdür. Erməni ermənidir. O, ancaq güc dilindən anlayır. Paşinyan devriləcək, ya devrilməyəcək bu, ermənilərin işidir. Biz, ancaq öz gücümüzə arxayın olmalıyıq".
Anar Əliyev