Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın əleyhinə olan çağrışların arxasında Rusiya dayanır -ÖZƏL

Paşinyanın əleyhinə olan çağrışların arxasında Rusiya dayanır


“Ermənistanın baş naziri Pasinyanın əleyhinə ölkəsində yenidən çağırışlar səslənir. Birmənalı olaraq bu çağrışların arxasında Rusiya dayanır və biz zamanla bu çağrışları müşahidə etmişik. İndi də bu davam etməkdədir və Ermənistanın siyasi dairələrində fəaliyyətdə olan Rusiyanın hüceyrələrinin məhz indiki zamanda hakimiyyətə qarşı hərəkətə keçməsinin də mütləq ki, ciddi səbəbləri vardır”.

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, səbəblərin başında ABŞ-ın və Qərbin Cənubi Qafqazda özlərinə yer etməsidir və xüsusilə də özünün siyasi baxımdan arxa baxçası hesab etdiyi Rusiyanın qəzəbi Ermənistan ərazisində ABŞ-ın metallurgiya zavodu tikməsiylə bağlıdır:

“Fransanın hərbi sənaye məhsullarının Ermənistana tədarük edilməsi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsidir ki, bütün bunlar Rusiyanın Ermənistanda uzun illər ərzində böyük maliyyə hesabına yerləşdiyi və uzun müddətə hesablanmış siyasətinə ziddiyyət təşkil edir”.

Çingiz Şahbazi qeyd edib ki, Ermənistan və Azərbaycan arasında Vaşinqton platforması çərçivəsində davam edən danışıqlar çərçivəsində hər iki ölkə arasında razılaşmanın əldə olduğu deyilir və məhz Ermənistanın siyasi hakimiyyətinə edilən daxili təzyiqlər, eləcə də hökuməti sülh danışıqları prosesində hər hansı bir güzəştdən dolayı günahlandırmalar məhz daxildəki Rusiyanın qüvvələrinin həyata keçirdiyi planın tərkib hissəsi hesab etmək olar:

“Azərbaycan prezidenti İlham Əliyevin “Qarabağın və Şərqi Zəngəzurun bərpa olunması bizim üçün prioritet məsələlərdən biridir” deməsi, bu gün Ermənistandan fərqli olaraq ölkəmizin beynəlxalq aləmdə nə qədər sərbəst şəkildə siyasət aparmasının göstəricisidir. Pasinyanın ölkəsində əleyhinə aparılan proseslər onun hakimiyyətdəki karyerasına son qoysa belə, gələn kim olursa olsun Azərbaycanın şərtlərini qəbul etmədən heç bir nəticəyə vara bilməz. Çünki, Azərbaycanın üstün durumu və yaranmış tarixi vəziyyət bütün şərtlərin bizim tərəfimizdə olduğunu göstərir”.

Anar Əliyev
Xəbəri paylaş