"Ermənilər tərəfindən məhv edilmiş şəhərlərimiz, tarixi abidələrimizlə bağlı və ümumiyyətlə indiki Ermənistan ərazisindən Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı faktları da ümumiləşdirərək həm Azərbaycan, həm də dünya ictmaiyyətinin diqətinə çardırmaq lazımdır və İcmanın bu istiqamətdə də artıq YUNESKO, İSESKO kimi təşkilatlara davamlı müraciətlər etdiyinin şahidiyik".
Bu fikirləri Newscenter.az-a səsləndirən politoloq Yusif Bağırzadə deyib ki, bütün bu sadalananlarla yanaşı hüquqi müstəvidə də xeyli işlər görülməlidir:
"Qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazım olduğu ilə bağlı beynəlxalq hüquqşünasların da iştirakı ilə çoxlu sayda sənədlər hazırlanmalıdır".
Politoloqun qənaətincə, Qərbi Azərbaycan İcması artıq sadladığım istiqamətlərlə bağlı konkret fəaliyyətə başlayıb və çalışmaq lazımdır ki, işlər daha da sürətlənsin:
"Amma o da bilinməlidir ki, Qərbi Azərbaycana qayıdış təkcə Qərbi azərbaycanlıların məsələsi deyil. Bu hər birimizin, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ən ümdə vəzifəsi olmalıdır. Bu işdə hər birimiz əlimizdən gələn dəstəyi verməli və Qərbi Azərbaycana qayıdışı ümumxalq məsələsinə çevirməliyik".
Anar Əliyev