Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması üçün şərtlər formalaşıb -ÖZƏL

Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması üçün şərtlər formalaşıb


"Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və nəhayət, Qərbi azərbaycanlıların da öz tarixi torpaqlarına qayıtması üçün şərtlər formalaşdı. Ona görə də icmanın yenidən təşkilatlanması, Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında yeni Qərbi Azərbaycan İcmasının yaradılması və bu prosesin sürətlənməsi də hazırda regionumuzda baş verən dəyişikliklərlə bağlıdır".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, İcmanın qarşısında duran vəzifələr də məlumdur və bu vəzifələr Prezident İlham Əliyevin qərbi Azərbaycan icması nümayəndələri ilə görüşündə birbaşa ölkə başçısı tərəfindən səsləndirilib:

"Şübhəsiz ki, əsas vəzifələrdən biri Qərbi Azərbaycan icmasının mütəşəkkil şəkildə fəaliyyət göstərməsi ilə bağlıdır və bu olduqca önəmli məsələdir. Prezidentin də dediyi kimi icma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə. Həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına ehtiyac var. Beynəlxalq ictimai rəyin formalaşdırılması beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqularımızın tələb olunması baxımından xüsusi önəm daşıyır".

Anar Əliyev
Xəbəri paylaş