Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusudur -ÖZƏL

Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusudur


“44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə adını dünya hərb tarixinə yazan Azərbaycan Ordusu bu gün regionun ən güclü, qüdrətli ordusudur. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə də orduya, ordu quruculuğuna diqqətin artması, onun maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində addımlar atıldı və bu proses günümüzdə də davam edir”.

Bu fikirləri Newscenter.az-a səsləndirən “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, Azərbaycan Ordusunun, onun Silahlı Qüvvələrinin güclü, qüdrətli olması Ali Baş Komandanın diqqət və qayğısının təcəssümüdür:

“Bu günlərdə, Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yeni komando birliklərinin açılış mərasimində iştirak etməsi, həmçinin bu gün dövlət başsının imzaladığı müvafiq sərəncamlar əsasında bir qrup hərbiçinin təltif edilməsi bu diqqət və qayğının əyani sübutudur”.

Anar Əliyev
Xəbəri paylaş