Ermənistanda revanşist çağırışlar getdikcə daha gur eşidilməyə başlayır. Paralel olaraq İrəvanın Azərbaycanla şərti sərhədi boyunca canlı qüvvə və hərbi texnika cəmləşdirməsi bu ölkənin yeni bir müharibəyə başlayacağından xəbər verir.
Newscenter.az-ın xəbərinə görə, politoloq Yusif Bağırzadə isə hesab edir ki, istər Ermənistan, istər bu ölkədəki revanşist qüvvələr, istərsə də İrəvana havadarlıq edən xarici dairələr Azərbaycan Prezidentinin iyunun 23-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimindəki çıxışından nəticə çıxarmalıdır.
Yusif Bağırzadənin sözlərinə görə, həm Ermənistan, həm də ona havadarlıq edənlər yaxşı bilir ki, bu gün nə qədər revanşist açılamalarla çıxış etsələr də müharibə dövründə fərarilik edən erməni toplumu ilə Azərbaycanın yaratdığı reallığa qarşı gəlmək mümkün deyil:
"Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün mümkün ssenarilərə uyğun davranmağa hazırdır və bütün şərtlərdə dövlətimizin maraqları ən yüksək səviyyədə təmin ediləcək”.
Mehman Mehdiyev