Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər bir Azərbaycan vətəndaşının üzərinə düşən ən böyük məsuliyyət ayıq-sayıq olmaqdır -ÖZƏL

Hər bir Azərbaycan vətəndaşının üzərinə düşən ən böyük məsuliyyət ayıq-sayıq olmaqdır


Son günlər Gədəbəy rayonunun Söyüdlü kəndi ətrafında yaşanan olaylar, xırda, kənd səviyyəsində mövcud olan problemi az qala qlobal bir problemə çevirib bundan Azərbaycan əleyhinə istifadə etmək cəhdləri bir daha sübut etdi ki, müəyyən məkirli qüvvələr hələ də Azərbaycan əleyhinə fəaliyyətdədirlər və onlar fütsət düşdükcə yaranan cüzi bir problem fonunda Azərbaycanın imicinə zərbə vurmaq, ölkəmiz barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq istiqamətində çalışırlar. Elə ictimai-siyasi fəal Anar Salehoğlu da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, Anar Salehoğlu da deyib ki, Azərbaycanı gözü götürməyə, imkan yaranan kimi məhv etməyə hazır olan qüvvələr var. Onun sözlərinə görə, həmin qüvvələr 1000, 500, 100 il əvvəl də olub və bu gün də mövcuddurlar:

"Tarix dediklərimizi sübut edir. Ona görə də hər bir Azərbaycan vətəndaşının üzərinə düşən ən böyük məsuliyyət ayıq-sayıq, gözüaçıq olmaq, təxribatların qurbanına çevrilmək əvəzinə onların qarşısını almaq və daim milli mənafe naminə ölümə belə getməyə hazır vəziyyətdə dayanmaqdır".

Anar Əliyev
Xəbəri paylaş