Rusiyada son iki sutka ərzində yaşananlar təkcə bu ölkənin daxilində deyil, eləcə də ondan kənarda diqqətlə izlənilir, təhlil olunur. Birmənalı olaraq isə baş verənlərdə Putin hakimiyyəti günahkar hesab edilir. Elə Azad Vətən Partiyasının sədri Akif Nağı da belə düşünür.
Newscenter.az-ın xəbərinə görə, o bildirib ki, Rusiya köhnə və müasir dövrdə hakimiyyətin çevrilişlərlə dəyişdirilməsi ənənəsinə malikdir:
"Çarların vaxtına getməyək. Lenin çevrilişlə hakimiyyəti ələ keçirdi, Xruşşov Beriyanın faktiki hakimiyyətini devirib gəldi. Brejnev də onu devirib gəldi. Yeltsin Qorbaçovu devirdi, amma özü hakimiyyəti dinc yolla ötürməyin əsasını qoydu, Putini özünə varis seçdi".
Akif Nağı qeyd edib ki, Putin də onun yolu ilə gedir:
"Çevrilişlərə imkan vermir. Rusiya rəhbərliyi deyəsən çevrilişlərin qarşısını almağın yolunu tapıb. O vaxt "QKÇP", indi də " Vaqnerşina" alınmadı. Böyük ehtimalla Putin hakimiyyəti varisinə ötürüb gedəcək".
Anar Əliyev