Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Qafqazda əvvəlki hökmranlığını davam etdirməyə çalışacaq -ÖZƏL

Rusiya Qafqazda əvvəlki hökmranlığını davam etdirməyə çalışacaq


Ötən gün Rusiyada yaşanan qısamüddətli Vagner təlatümü bir çox ekspertlərin proqnozlarını doğrultmadı. Gözlənildiyinin əksinə olaraq Priqojin Moskvaya çatmadan geri qayıtdı və başladığı qiyamı yarımçıq dayandırdı. Bu isə belə bir rəy formalaşdırdı ki, Vagner şousu elə Kremldə hazırlanıb və Putin bununla nəyisə sübut etməyə çalışır.
Newscenter.az-ın xəbərinə görə, Rusiyada yaşanan Vagner olayını şərh ANKA Türk Birliyinin sədri, politoloq Dərya Akdemir də bunu istisna etmir. O hesab edir ki, Vladimir Putin bununla Rusiyanın ruhi yorğunluğunu götürdü:

“Bir növ teatr, həyəcan yaratdı”.

Dərya Akdemir hesab edir ki, regionda tezliklə sabitlik yaranacaq:

“Rusiya da öz növbəsində Qafqazda əvvəlki hökmranlığını davam etdirməyə çalışacaq. Qafqaz indi rusların qanayan yarası olacaq. Hətta adi Qafqaz siyasəti belə yenidən Rusiyaya baxmalı olacaq”.

Dərya Akdəmir “Türkiyə ikinci Qarabağ müharibəsindən sonra birbaşa hadisəyə cəlb edilməsə də, prosesi Azərbaycan vasitəsilə həyata keçirəcək və bölgədə daha fəal və güclü Türkiyə görəcəyik. Bu arada Rusiya müstəqil respublikaların mövcudluğunu qəbul etməli olacaq. Rusiya Azərbaycan mərkəzli Qafqaza göz yuma bilməyəcək”- deyə, bildirib.

Anar Əliyev
Xəbəri paylaş